Çin Ukrayna münaqişəsində Rusiyaya dəstəyi artırıb

8-04-2024, 08:34           
Çin Ukrayna münaqişəsində Rusiyaya dəstəyi artırıb
ABŞ müttəfiqlərinə xəbərdarlıq edib ki, Çin Ukraynadakı münaqişədə Rusiyaya dəstəyi artırıb, o cümlədən hərbi hədəflərə dair peyk kəşfiyyatı təqdim edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən yazıb.

Bundan əlavə, Çin Rusiyaya mikroelektronika, tank istehsalı üçün maşınlar, optika və raket yanacağı verir. Materialda qeyd olunur ki, ölkələr həmçinin kosmik əməkdaşlığı gücləndiriblər.

Mətndən göründüyü kimi, Pekin özünü Ukraynadakı münaqişədə neytral tərəf kimi göstərmək istəyir, lakin o, Si Szinpin və Vladimir Putinin sərhədsiz dostluq adlandırdığı Moskva ilə dərin ittifaq qurub.

Agentliyin həmsöhbətləri Rusiyanın Çinə dəstəyinin son aylarda artdığını vurğulayıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.