Gürcüstan Parlamentinin spikeri Özbəkistan Baş naziri ilə “Orta Dəhliz”i müzakirə edib

9-04-2024, 10:54           
Gürcüstan Parlamentinin spikeri Özbəkistan Baş naziri ilə “Orta Dəhliz”i müzakirə edib
Özbəkistanda səfərdə olan Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili bu ölkənin Baş naziri Abdulla Aripovla görüşüb.
Sədr Baş nazir Abdulla Aripovla “Orta Dəhliz”in inkişafına dair müzakirə apardığını bildirib.

O, Özbəkistanın dəmir yolu nəqliyyatı da daxil olmaqla dəhlizin inkişafına verə biləcəyi töhvələrə dair detallı müzakirə apardığını qeyd edib.

Şalva Papuaşvili Orta Asiyaya səfərinin davam etdiyini, Türkmənistan və Qazaxıstanda da görüşlər keçirəcəyini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.