Ekvadorun saxlanılan keçmiş vitse-prezidenti aclıq aksiyasına başlayıb

11-04-2024, 10:48           
Ekvadorun saxlanılan keçmiş vitse-prezidenti aclıq aksiyasına başlayıb
Meksikanın Kitodakı səfirliyinə basqın zamanı saxlanılan Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlas aclıq aksiyasına başlayıb.

"Report"un xəbərinə görə, bu barədə onun vəkili Sonya Qabriela Vera Qarsiya məlumat verib.

"Aclıq aksiyası keçirən Xorxe ilə əlaqə saxladıq. O, Meksika hökumətinə minnətdarlığını bildirdi, dedi ki, sığınacaq ona azadlıq vermədi, amma siyasi motivlərlə təqib edilən insan ləyaqəti verdi", - vəkil “X”də yazıb.

Xatırladaq ki, bir müddət əvvəl Ekvadorun “Teleamazonas” telekanalı Qlasın komada olduğunu bildirib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, həbsxanada külli miqdarda antidepressant və sakitləşdirici dərman qəbul edə bilərdi. Ekvador hakimiyyəti daha sonra qeyd edib ki, keçmiş vitse-prezidentin səhhətinin pisləşməsinə onun dövlət xidməti tərəfindən verilən yeməkləri qəbul etməkdən imtinası səbəb ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru