ABŞ generalı: Rusiya ordusu sürətlə böyüyür, Qərbə qarşı daha aqressiv olacaq

11-04-2024, 16:58           
ABŞ generalı:
Rusiya ordusu sürətlə böyüyür.

“DogruXeber.az” “Business Insider”ə istinadən xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, ABŞ ordusunun generalı Kristofer Kavoli deyib.

O bildirib ki, Rusiya ordusu Ukraynaya qarşı başlatdığı müharibənin ilk vaxtından etibarən 15 % böyüyüb: “Son bir ildə Rusiya cəbhə bölgəsindəki qoşunlarının sayını 360 mindən 470 minə çatdırıb. Bu, hərbi xidmətə çağırış yaşının 27-dən 30-a qaldırılması ilə bağlıdır”.

K.Kavolinin sözlərinə görə, bütün bunlar o deməkdir ki, Rusiya yaxın illərdə çağırışçıların sayını 2 milyon nəfər artıra biləcək: “Ümumiyyətlə, Rusiya qitənin ən böyük ordusuna malik olmaq yolundadır. Müharibənin nəticəsinin necə olmasından asılı olmayaraq, Rusiya Qərbə qarşı daha aqressiv olacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru