Gürcüstanda xərçəng xəstələrinin müalicəsini dövlət maliyyələşdirəcək

12-04-2024, 10:24           
Gürcüstanda xərçəng xəstələrinin müalicəsini dövlət maliyyələşdirəcək
Gürcüstanda bütün xərçəng xəstələrinin müalicəsini dövlət maliyyələşdirəcək.

Bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın Səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.

Nazir müavini deyib ki, gəliri və sığortasından asılı olmayaraq, bu xəstələrin müalicəsini dövlət öz üzərinə götürür.

Onun sözlərinə görə, proqramın iştirakçısı olmaq üçün qan testi, əlavə görüntüləmə tədqiqatları, kompüter tomoqrafiyası və skanlardan keçmək tələb olunur. Dərmanların təyin edilməsi üçün genetik test də tələb oluna bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru