Duda: “Polşa Ukraynaya “Patriot” sistemlərini göndərməyəcək”

12-04-2024, 10:29           
Duda: “Polşa Ukraynaya “Patriot” sistemlərini göndərməyəcək”
Varşava Kiyevə “Patriot” hava hücumundan müdafiə sistemlərini göndərməyəcək.

Bu barədə Polşa prezidenti Anjey Duda bu barədə aprelin 11-də Vilnüsdə Litva və Ukrayna prezidentləri ilə birgə konfransda bildirib.

“Polşada hazırda Patriot hava hücumundan müdafiə sistemləri yoxdur, biz bu sistemləri yenicə quraşdırmağa başlayırıq. Bu gün istəsək də nəyisə göndərmək imkanımız yoxdur”, - prezident qeyd edib.

Duda bildirib ki, hazırda Polşada ABŞ ordusuna aid “Patriot” sistemləri yerləşdirilib. Polşa lideri əmindir ki, Varşava daimi olaraq Rusiyanın “potensial hücumu” təhlükəsi altındadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru