ABŞ HHM sistemlərinin modernləşdirilməsi üçün Ukraynaya 138 milyon dollar göndərəcək
12-04-2024, 10:48
ABŞ HHM sistemlərinin modernləşdirilməsi üçün Ukraynaya 138 milyon dollar göndərəcək ABŞ hava hücumundan müdafiə sistemlərinin (HHM) modernləşdirilməsi üçün Ukraynaya 138 milyon dollar göndərəcək.
APA xəbər verir ki, bu barədə aprelin 11-də Amerikanın Kiyevdəki səfiri Bridcet Brink məlumat verib.
“Bu gün biz kritik hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsi üçün Ukraynaya 138 milyon dollar ayrılması haqqında saziş imzaladıq”, - səfir “X” sosial şəbəkəsində yazıb.
Brink onu da qeyd edib ki, bu maliyyə Ukraynanın enerji sisteminə davamlı hücumlar qarşısında hava hücumundan müdafiə sisteminin yaxşı işləməsinə kömək edəcək.