Orban Macarıstan Müdafiə Şurasını çağırıb

14-04-2024, 15:18           
Orban Macarıstan Müdafiə Şurasını çağırıb
Macarıstanın baş naziri Viktor Orban İranın İsrailə hücumları ilə bağlı Müdafiə Şurasını toplayıb.

“Report” xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat katibi Bertalan Havaşi məlumat verib.

“Viktor Orban keçmiş Karmelit monastırında (baş nazirin rəsmi iqamətgahı – Qeyd) Müdafiə Şurasının iclasını keçirir”, - Havaşi bildirib.

Bundan əvvəl Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib ki, Budapeşt İsrailə raket hücumunu qətiyyətlə pisləyir.

Onun sözlərinə görə, bu hərəkətlər Yaxın Şərqdə qlobal təhlükəsizliyə ciddi təhdid yaradan münaqişənin genişlənməsinə təhlükə yaradır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru