Almaniya kansleri: “66 yaşım var, heç vaxt marixuana çəkməmişəm”

15-04-2024, 11:24           
Almaniya kansleri:
Almaniya kansleri Olaf Şolts Çinə səfəri çərçivəsində Şanxaydakı Tonji Universitetinin tələbələri ilə görüşüb. Tezliklə Berlinə təhsil almağa gedəcəyini deyən bir tələbə hər yerdə narkotikdən istifadə olunduğu üçün qorxduğunu bildirib.
Həmin tələbə Almaniyada marixuananın leqallaşdırılması ilə bağlı bu yaxınlarda qəbul edilmiş qanunu xatırladıb. Çində bu, qəti qadağandır. O, “heç də sirr sınamaq istəmirsə və sağlamlığını təhlükə altına almaq istəmirsə” nə etməli olduğunu soruşub.
Qayanrinfo xəbər verir ki, onun bu sualı kansleri təəccübləndirib.
“Yalnız siqaret çəkməyin” deyən Şolts əlavə edib ki, özünün demək olar 66 yaşı var və heç vaxt marixuana çəkməyib:
“Əgər Berlində oxuyursansa, hər zaman orada qaça bilərsən və belə bir şey edən kimsəyə rast gəlməzsən”.
Şolts yeni qanuna əsasən Almaniyada artıq hamının marixuana çəkəcəyi təəssüratını dağıtmağa çalışıb. Siyasətçi əmindir ki, yeni qaydalar “sirr istehlakını” artırmaq yox, azaltmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru