Rusiyanın bir təyyarə gəmisi var,o da dünyanı dolaşır

23-08-2016, 08:15           

Rusiya özünün yeganə təyyarə gəmisini Suriya sahillərinə göndərə bilər.

Strateq.az rus mətbu orqanlarına istinadən xəbər verir ki, Admiral Kuznetsov adını daşıyan gəminin İŞİD-lə mübarizə çərçivəsində Aralıq dənizinə göndəriləcəyi bildirilir.

Admiral Kuznetsovun hazırda Murmanskdəki 35-ci limanda təmirdən keçirildiyini və texniki baxımdan yeniləndiyini bildirən Rusiya rəsmiləri bu işlərin sentyabr ayının sonunda tamamlanacağını və gəminin Suriya səfərinə çıxacağını gözlədiklərini vurğulayıb.

Admiral Kuznetsov Suriyadan əvvəl isə Barents dənizində manevrə qatılacaq. Rusiya donanmasının yeganə təyyarə gəmisi olan Admiral Kuznetsov çox sayda döyüş təyyarəsi və vertolyotu daşıma qabiliyyətimə sahibdir. O, həmçinin Rusiyanın ən böyük döyüş gəmisidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.