Kraliça Victoriyanın tacına ixrac qadağası qoyulub

28-08-2016, 21:45           
Kraliça Victoriyanın tacına ixrac qadağası qoyulub
Kraliça Victoria-ya məxsus sapfir və brilyantlarla bəzədilmiş tacın ölkədən kənara çıxarılmasına müvəqqəti qadağa qoyulub.

1840-cı ildə şahzadə Albert öz toyu üçün dizayn etdiyi tac 5 milyard funt qiyməti olan tacın qyeri-britaniyalı tərəfindən alınaraq ölkədən xaricə çıxarılması riski var.

Qadağa alıcının bu tarixi əşyanı ölkədən çıxarmaq üçün müraciətindən sonra qoyulub.


Qadağanı qoyan mədəniyyət naziri Matt Hancock deyib ki, tac Britaniyanın “ən məşhur sevgi hekayəsinin” simvoludur.

11.5 santimetr diametri olan qızıl tac 11 saphir və gümüş dənəciklərin üstündə yerləşdirilmiş brilyantlarla bəzədilib.

Mütəxəssislər deyirlər ki, toylarından bir gün öncə şahzadə Albert kraliçaya həmçinin eyni daşlarla bəzədilmiş bəzək sancağı verib.

1922-ci ildə kral V George və kraliça Mary tacı şahzadə Mary-ə qraf naibi Viscount Lascelles ilə toyunda hədiyyə verib. Sonra tac Londonda dəllal əlinə keçib və satılıb.

Tac barədə son qərar dekabrın 27-də veriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.