TBMM başqanı Çe Gevaraya “qatil” dedi,Kuba səfirliyi etiraz bəyanatı yaydı

30-08-2016, 08:57           

Türkiyə Böyük Millət Məclisinin (TBMM) başqanı İsmail Kahramanıın Kubanın milli lideri Çe Gevaranı "qatil, eşkiya" adlandırması iki dövlət rəsmilərini də üz-üzə gətirib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kubanın Ankaradakı səfirliyi bu gün yazılı açıqlama yayaraq, ‘'Kuba inqilabının öndər siması Ernesto Çe Gevaraya yönəlik ifadələrdən əndişə və üzüntülərimizi bildiririk. Bu ifadələr qəbuledilməzdir, iki ölkə arasındakı dostluq və qarşılıqlı hörmət prinsiplərinə ziddir…", – deyə, bildirib.

Xatırladaq ki, TBMM-nin sədri türk gənclərinin Gevaranın şəkili olan köynək geyinmələrini pisləyərək, onu "qatil", "xuliqan" adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru