Dilma Russefə impiçment qərarının çıxarılmasından dərhal sonra Venesuela, Ekvador və Boliviya hökumətləri səfirlərini Braziliyadan geri çağırmaq qərarı veriblər.
Virtualaz.org bildirir ki, Boliviya prezidenti Evo Morales özünün "Twitter" mikrobloqunda Boliviya xalqının braziliyalıların və şəxsən Dilma Russefin yanında olduğunu bildirib.
Braziliyada isə Mişel Temer prezident vəzifələrinin icrasına başlayıb.