Kiyevdə telekanala hücum oldu

5-09-2016, 10:09           
Kiyevdə telekanala hücum oldu
Sentyabrın 4-də Kiyevdə “İnter” televiziya kanalının binasına hücum olub. Hadisə zamanı telekanalın əməkdaşları xəsarət alıblar.
Bundan əlavə, operatorun video kamerası əlindən alınıb. Hüquq-mühafizə orqanları basqınçılardan bir neçəsini həbs edib. Polisə aparılan həmin şəxslərin kimliyi aydınlaşdırılır.
Paytaxt polsinin sözçüsü Oksana Blişikim verdiyi xəbərə görə, telekanala gələn təxminən 20 nəfər binada turist çadırı qurublar, özləri ilə təkər də gətiriblər. Sonradan həmin təkərləri yandıraraq binaya tullayıblar, partlayıcı maddə də atıblar. Nəticədə binada yanğın baş verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.