18 yaşlı qız 13 yaşlı oğlanı sevdi, həbs olundu

5-09-2016, 23:16           
18 yaşlı qız 13 yaşlı oğlanı sevdi, həbs olundu
Rusiyanın Perm şəhərində 18 yaşlı Yelenanın məhkəmə prosesi başa çatıb. O, 3 il müddətinə azadlıqdan məhrum olunub.
Milli.Az Ren TV-yə istinadən bildirir ki, Yelena 13 yaşlı oğlanı cinsi əlaqəyə vadar etməkdə suçlanır.

Lakin Yelena və onun azyaşlı sevgilisi bir-birlərini çox sevdiklərini deyirlər.

Şikayət etməyən 13 yaşlı oğlan Yelenanın qardaşının dostudur. Elə dostunun evində oynayanda o, Yelena ilə tanış olub. Qızla oğlan bir-birlərinə vurulublar, görüşməyə başlayıblar.

Bu "macəra" yarım il davam edib.

"O, həyatımın ilk sevgisidir", - Yelena deyib.

Yelena indi həyatının bundan sonrakı 3 ilini ümumi rejimli islah-əmək düşərgəsində keçirəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.