Ruhani müsəlmanları Səudiyyə Ərəbistanına qarşı birləşməyə çağırdı

7-09-2016, 15:57           
Ruhani müsəlmanları Səudiyyə Ərəbistanına qarşı birləşməyə çağırdı
İran prezidenti Həsən Ruhani müsəlman dövlətlərini Səudiyyə Ərəbistanına qarşı birləşməyə və bu ölkəni həyata keçirdiyi cinayətlərə görə cəzalandırmağa çağırıb

Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, İran hökuməti qarşısında çıxışı zamanı H.Ruhani deyib: “Region dövlətləri və İslam dünyası problemləri tənzimləmək və Səudiyyə hakimiyyətini cəzalandırmaq üçün səylərini birləşdirməlidirlər.

Əgər Səudiyyəı Ərəbistanının hökuməti ilə problemlər yalnız Həcc ziyarəti ilə məhdudlaşsaydı, həll yolu tapmaq olardı, lakin təəssüf ki, Səudiyyə hakimiyyəti regionda cinayətlər törədir, terrorçuluğa dəstək verir və İraqda, Suriyada və Yəməndə müsəlmanların qanını tökürlər”.

H.Ruhani bu sözləri Həcc ziyarətinin başlaması ərəfəsində deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.