Pilot ölkələri səhv saldı, yalnış şəhərə eniş etdi - Kuryoz olay
7-09-2016, 21:51
AirAsia avia şirkətinə məxsus təyyarə yalnışlıqla başqa ölkəyə eniş edib.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Malayziya avia şirkətinə məxsus təyyarə Malayziyanın paytaxtı Kuala-Lumpur əvəzinə Avstraliyanın Melburn şəhərinə enib. Avstraliyanın nəqliyyat təhlükəsizliyi bürosundan verilən məlumata görə, buna səbəb pilotun diqqətsizliyi olub.
Qeyd edək ki, hadisə ötən ilin mart ayında baş verib. Lakin hadisənin araşdırma materialları yalnız indi dərc olunub. Məlumata görə, Sidneydən Kuala-Lumpura uçan təyyarənin naviqasiyasında problem aşkarlanıb. Pis hava şəraitinə görə heyət təyyarəni geri qaytara bilməyib. Nəticədə pilot yalnış istiqamət qeyd edib. Lakin pilotlardan heç biri istiqamətin səhv olduğunu anlamayıb.
Xatırladaq ki, bu, AirAsiya avia şirkətinə məxsus təyyarələrin ilk insidenti deyil. Belə ki, 2014-cü il dekabrın 28-də Surabaydan Sinqapura doğru hərəkət edən təyyarə radarlardan itmişdi. Təyyarənin göyərtəsində olan 162 sərnişindən hamısı həlak olmuşdu.