ABŞ prezidenti Barak Obama ABŞ-ın müsəlman vəkili federal hakim vəzifəsinə təyin edib.
"Report" xəbər verir ki, bu barədə "Breaking 911" məlumat yayıb.
Məlumata görə, Obama Vaşinqtondan olan "Latham & Watkins" hüquq firmasının tərəfdaşı Abida Riaz Kureşi Kolumbiya dairəsinin Federal Məhkəməsinin hakimi vəzifəsində çalışacaq.
O, ABŞ tarixində federal məhkəmə sisteminə təyinat alan ilk müsəlmandır.