Bu dəfə Putinin köməkçisi qəzaya düşdü FOTO

8-09-2016, 23:56           
Bu dəfə Putinin köməkçisi qəzaya düşdü FOTO
Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladislav Surkov Moskvada Kremlə gedərkən qəzaya uğrayıb.

APA-nın məlumatına görə, yol-nəqliyyat hadisəsi Yeni Arbat prospektində qeydə alınıb. Salonunda Surkovun olduğu AMP hökumət seriyalı nömrə nişanlı BMV markalı avtomobil ayrılmış hərəkət zolağında geri dönüş manevri edən “Ford Qalaksi” markalı taksi avtomobilinə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmayıb. Putinin köməkçisi hadisə yerini dərhal başqa avtomobillə tərk edib.

Xatırladaq ki, iki gün öncə Putinin şəxsi avtomobilini idarə edən sürücü ağır qəza törətmiş və qəzada ölmüşdü.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.