Texas ştatında 3 milyard barrel xam neft və 2.25 trilyon kubmetr təbii qaz yatağı yerləşən sahə tapılıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın “Apaçi Korporeyşn” adlı enerji şirkəti məlumat yayıb.
“Sözügedən sahənin adı “Alpin Hay” adlanır. Həmin yerdə 2 ildən çoxdur ki, geoloji araşdırmalar aparılırdı. 242 kvadrat kilomterlik ərazi 400 milyon dollara satın alınmışdı. Axtarışlar zamanı 19 neft quyusu açılmışdı”, - açıqlamada bildirilib.