Dağıstanda növbəti atışma: Yaralılar var

10-09-2016, 23:09           

Dağıstanın Məhərrəmkənd rayonunda çeçen mücahidlərlə atışmada 1 rus polisi yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Atışmanın Samur meşə zolağında baş verdiyi bildirilib.

Şəhərdə “Anti-terror rejimi” tətbiq edilərək, axtarışlara başlanılıb.

Qeyd edək ki, 4 sentyabrda sözügedən şəhərdə baş verən atışmada isə 3 çeçen döyüşçüsü və 1 rus polisi dünyasını dəyişmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.