Daha üç ölkə Rusiyaya qoşun göndərməyə hazırdır - Devid Tafuri
31-10-2024, 10:50
Rusiya tərəfindən döyüşmək üçün Ukraynadakı müharibəyə qoşun göndərməyə hazır olan daha üç ölkə var.
Reyting.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi Devid Tafuri deyib.
Onun sözlərinə görə, Şimali Koreya qoşunlarının Rusiyada yerləşdirilməsi Qərbi qorxudur. Çünki Rusiya Federasiyasının müttəfiq ölkələri müharibədə Kremlə fəal kömək edəcəklər.
“Biz narahat olmalıyıq ki, Rusiyanın tərəfində olan bir neçə başqa ölkə də var. İran, Suriya və Çin Ukraynaya göndərilə biləcək insanların ehtiyacını ödəməyə kömək edə bilərlər”,- o deyib.
Tafuri qeyd edib ki, Rusiya artıq Ukrayna ərazisində çoxlu əsgər itirib, ona görə də Şimali Koreya işçi qüvvəsinə olan ehtiyacı və Rusiya lideri Putinin Moskvanın müttəfiqlərinin olduğunu dünyaya göstərmək üçün reputasiya ehtiyacını ödəyir.
“Onlar Rusiyanın hərbi-sənaye kompleksinin fəaliyyətini davam etdirməsi üçün lazım olan bəzi komponentləri və materilları təmin edə bilərlər. Strateji baxımdan real təsir, yəqin ki, o qədər də əhəmiyyətli deyil. KXDR-in döyüş qabiliyyətinə malik ordusu yoxdur, lakin o, əlavə qüvvələr verir”, - deyə Dövlət Departamentinin keçmiş rəsmisi yekunlaşdırıb.