Qarşıdakı 2-3 gün kritikdir: on minlərlə erməni mühasirəyə düşüb – Qeqamyan

1-12-2024, 12:12           
Qarşıdakı 2-3 gün kritikdir: on minlərlə erməni mühasirəyə düşüb – Qeqamyan
“Suriyada terrorçuların paytaxt Dəməşqə hücumu dayandırılıb”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri erməni türkoloq Varujan Qeqamyan deyib.

“Hazırda strateji əhəmiyyətli Həma şəhəri yaxınlığında döyüşlər gedir və terrorçuların fəaliyyəti dayandırılıb. Hələb şəhərinin işğalı isə davam edir və sakinlər (on minlərlə erməni də daxil olmaqla) öz evlərində praktiki olaraq mühasirəyə alınıb, gələcək hadisələri gözləyirlər. Qarşıdakı 2-3 gün həlledici olacaq”, – o bildirib.

Qeqamyan sözügedən qüvvələri türkmeyilli adlandırıb və hansısa bozqurd işarəsindən bəhs etsə də, silahlıların Ankaraya bağlı olması daha əvvəl inkar edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru