Yüzlərlə metr dərinlikdə dünyanın ən uzun sualtı avtomobil tuneli: Norveçdən mühəndislik möcüzəsi VİDEO

14-12-2024, 17:38           
Yüzlərlə metr dərinlikdə dünyanın ən uzun sualtı avtomobil tuneli:
Füsunkar fyordları və qabaqcıl mühəndislik həlləri ilə tanınan Norveç dünyanın ən uzun sualtı avtomobil tunellərindən birinin inşasına başlayıb.

Bu barədə "The Daily Telegraph" xəbər yayıb.

Bildirilir ki, uzunluğu 26,5 km olacaq Boknafyord tuneli suyun altında bir neçə yüz metr dərinlikdə yerləşəcək.

Bu möhtəşəm yol qurğusu hazırda bərə xidməti göstərilən Randaberq və Bukn rayonlarını birləşdirəcək.

Qeyd edilir ki, sürücülər artıq hava şəraitindən asılı olmayacaqlar, çünki əlverişsiz havada bərə xidməti tez-tez dayandırılır. Dörd zolaqlı tunel birbaşa qaya süxurunda qazılır. Buradan keçid cəmi 35 dəqiqə çəkəcək və təxminən 38 dollar məbləğində olacaq.

Bu möhtəşəm mühəndislik layihəsinin ümumi dəyəri 2 milyard dollardan çoxdur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru