Görünməmiş olay: Milyonçu öz nəvəsi ilə evləndi

4-10-2016, 01:19           

ABŞ-da hətta filmlərdə belə, rast gəlmədiyimiz qəribə olay yaşanıb. Floridalı milyonçu fərqində olmadan öz nəvəsi ilə evlənib.

Dosye.org xarici KİV-ə istinadən məluamtına görə, Mayamidə yaşayan 68 yaşlı milyonçu üç ay əvvəl 24 yaşlı rəqqasə ilə evlənib. Gənc qadın bir gün ərinin ailə albomuna baxarkən köhnə fotoya rəst gəlir. O, atasının şəklini qarşısınında görür. Fotoda əri ilk həyat yoldaşı və uşaqları ilə birlikdəydi. Qadın şəkildəki uşaqlardan birinin atası olduğunu fərq etdikdə şoka düşür. O, sonradan jurnalistlərə açıqlamasında: “Atamı o fotoda görəndə özümü çox çarəsiz hiss etdim”, - deyib.

Adının açıqlanmasını istəməyən gənc qadın hələ yeniyetmə ikən hamilə qalır və buna görə ailəsi ilə münasibətləri korlanır. Valideynləri ilə əlaqəsi kəsilən qız rəqqasəliklə məşğul olmağa başlayır.

Qadının ərinin, yəni babasının hekayəsi isə olduqca maraqlıdır. İkinci evliliyinə 2009-cu ildə son qoyan kişi 2011-ci ildə lotoreyada qazanaraq milyonçu olur. Nəvəsi, yəni gənc həyat yoldaşı ilə isə internetdə tanış olurlar və bir müddət sonra evlənməyə qərar verirlər.

Kişi baş verən hadisə haqda bunu deyib: “Onun şəklini saytda ilk dəfə görəndə sanki dejavü yaşadım. Amma onun bu qədər tanış gəlməsi səbəbini anlamamışdım”.

Cütlük boşanmağı düşünür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru