Belçika Ukraynaya 1 milyard avro ayırıb

9-04-2025, 11:34           
Belçika Ukraynaya 1 milyard avro ayırıb
Belçikanın Baş naziri Bart de Vever Ukraynaya səfəri zamanı dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən alınan vergilərdən alınan vəsaitlər hesabına Ukraynaya daha bir yardım paketinin ayrıldığını açıqlayıb.

Bu barədə Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə təşkil etdiyi mətbuat konfransında bildirib.

“Biz bir milyard avroluq yardım paketi ayırırıq”, – Belçika Baş naziri deyib.

De Veverin sözlərinə görə, Belçika hər il Ukraynaya bu məbləğdə yardım ayırmağı planlaşdırır.

Daha əvvəl Belçika Baş nazirini səfərdə müdafiə naziri Teo Franken, xarici işlər naziri Maksim Prevo, eləcə də müdafiə sənayesinin nümayəndələrinin müşayiət etdiyi bildirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru