Belçika Ukraynaya F-16 qırıcıları verəcək

9-04-2025, 10:24           
Belçika Ukraynaya F-16 qırıcıları verəcək
Belçika 2025-ci ildə Ukraynaya ilk ədəd "F-16" döyüş təyyarəsini təhvil verəcək. Bu qırıcılar ilkin mərhələdə ehtiyat hissələri kimi istifadə olunacaq.
Daha iki ədəd "F-16"nın isə 2026-cı ildə Ukraynaya göndərilməsi planlaşdırılır.

Bu barədə Belçikanın Baş naziri Bart De Vever Kiyevdə Prezident Volodimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Biz Ukraynaya "F-16" təyyarələrinin əsas təchizatçılarından biri olacağımızı vəd etmişdik və bu vədimizə sadiq qalırıq. Bu il iki ədəd "F-16" göndərəcəyik – onlar əsasən ehtiyat hissələri üçün nəzərdə tutulub.

Növbəti il isə daha iki qırıcı təyyarə yollanacaq. Əlavə göndərişlər də istisna olunmur, lakin biz eyni zamanda"F-35"lərə keçid prosesini də nəzərə alırıq. Bizdə hər şey plana uyğun gedəcək – F-35-ləri əldə etdiyimiz andan etibarən Ukrayna da öz "F-16"larını ala biləcək", – deyə baş nazir bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru