İranın ABŞ ilə danışıqlara getməkdə məqsədi məlum olub

9-04-2025, 10:44           
İranın ABŞ ilə danışıqlara getməkdə məqsədi məlum olub
İran ABŞ-yə qarşı birbaşa danışıqlara hazır olduğunu, lakin bunun üçün qarşı tərəfdən "xoş niyyət jesti" gözlədiyini bildirib.
Bu barədə "Reuters" agentliyi yazıb.

Agentliyin mənbələrinə əsasən, Tehranın gözlədiyi jest sanksiyaların bir hissəsinin götürülməsi və ya bloklanmış maliyyə vəsaitlərinin azad olunması ola bilər:

Qeyd olunur ki, yaxın günlərdə Oman vasitəçiliyi ilə baş tutacaq dolayı danışıqlara İran tərəfi ehtiyatla yanaşır və ABŞ-yə qarşı etimadsızlıq mövcuddur.

Məlumat üçün qeyd edək ki, ABŞ prezidenti Donald Tramp martın 7-də İranın ali dini lideri Ayətullah Əli Xameneiyə məktub göndərərək iki ay ərzində yeni nüvə sazişinin imzalanmasını tələb etmişdi. İran isə martın 27-də Oman vasitəsilə Vaşinqtona cavab göndərərək birbaşa danışıqlardan imtina etdiyini və yalnız üçüncü tərəfin vasitəçiliyi ilə danışıqlara razı olduğunu bildirmişdi.

İranın xarici işlər naziri Abbas Arakçi isə aprelin 8-də bildirib ki, Tehran ABŞ ilə dolayı danışıqlara üstünlük verir. Onun sözlərinə görə, İran və ABŞ nümayəndə heyətləri aprelin 12-də Oman Sultanlığında dolayı danışıqlar aparacaqlar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.