Tramp: Rüsumlar üzrə moratoriumun daha 90 gün uzadılması ehtimalı azdır

28-04-2025, 11:58           
Tramp: Rüsumlar üzrə moratoriumun daha 90 gün uzadılması ehtimalı azdır
ABŞ-yə idxal üzrə tariflərin artırılmasının dayandırılması çətin ki, daha 90 gün uzadılsın.

İndex.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Bunun ehtimalı azdır. Biz sövdələşmələr əldə edəcəyik. Başqa sözlə, sadəcə, tarif müəyyən edəcəyik və o, çox ağlabatan olacaq”, – ABŞ Prezidenti qeyd edib.

D.Tramp bir daha vurğulayıb ki, Pekin əvəzində “əhəmiyyətli bir şey” təklif etməsə, Çinə tətbiq edilən tarifləri azaltmayacaq.

Qeyd edək ki, aprelin 9-da Tramp məsələ ilə bağlı dialoq istəyən 75-dən çox ölkəyə qarşı idxal rüsumlarının artırılmasını 90 gün müddətinə dayandırmaq barədə qərar qəbul edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru