Putin Kadırovla görüşdü – Vəzifədən gedir?

8-05-2025, 15:24           
Putin Kadırovla görüşdü –
Rusiya Prezidenti Vladimir Putin Moskvada Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşüb.
TASS xəbər verir ki, görüş zamanı Putin Kadırova bildirib ki, o, son illərdəki işinin nəticələri ilə qürurlana bilər.
Məlumata görə, Kadırov Putinlə görüşdən əvvəl bildirib ki, regionun rəhbəri kimi gələcək taleyi ilə bağlı prezidentdən soruşacaq.
“Bu gün prezidentdən soruşacağam. Onun dediyi kimi olacaq. Tezliklə seçkilər gəlir. Soruşacağam. Niyə də yox? Biz hər şeyi etdik, hər şeyi tikdik. Və nəsə olarsa, kiminsə problemi olarsa, qayıdacağıq! Amma yenə deyirəm: qərar verən mən deyiləm”, - o, “Kommersant”ın müxbiri Andrey Kolesnikovla söhbətində deyib.
Qeyd edək ki, nə TASS, nə də digər dövlət xəbər agentlikləri Kadırovla Putinin arasında vəzifə ilı bağlı söhbət etdiklərini bildirməyiblər.
Görüş ərəfəsində Kadırov “Chechnya seqodnya” nəşrinə deyib ki, o, tutduğu vəzifədən azad edilməsini özü xahiş edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru