Şiə Haşdi Şabi qüvvələri yaxın saatlarda Mosulun qərbində hərbi əməliyyatlara başlaya bilər.
Axar.az xəbər verir ki, bu barədə Haşdi Şabi qüvvələrinin sözçüsü Əhməd Əsədi “Röyter”ə açıqlamasında deyib.
Qeyd edək ki, şiə qüvvələr Tikrit və Fəllucədə sünni vətəndaşları qırmaqda ittiham edilir. Təşkilat öldürülən vətəndaşların İŞİD tərəfdarları olduğunu bildirib.