Bu da Rusiya FTX-nin yaratdığı "geydirmə" diaspora təşkilatı

Bu gün, 16:57           
Bu da Rusiya FTX-nin yaratdığı "geydirmə" diaspora təşkilatı
Azərbaycanla münasibətlərdə gərginlik artdıqca, Kreml Rusiyadakı azərbaycanlı icmaları təzyiq alətinə çevirir. Belə ki, Yekaterinburqda Vidadi Mustafayev Ural Azərbaycanlılarının Mədəniyyət, Gənclər və İdman Mərkəzinin rəhbəri seçilib. O, faktiki olaraq bir müddət əvvəl həbs edilən rəqibi Şahin Şıxlinskinin yerinə keçib.
Bakupost.az xəbər verir ki, bundan sonra Vidadi Mustafayev Yekaterinburqda artıq Azərbaycan diasporunun olmadığını bildirib.
“Biz diaspora anlayışını ləğv etdik, çünki bu anlayış artıq özünü doğrultmayıb. Mən bu vəzifədə gənclərin tərbiyəsi ilə məşğul olmağı planlaşdırıram. Axı onlara heç kim başa salmayıb ki, nə yaxşıdır, nə pis. Biz onlara izah edəcəyik ki, Rusiya qanunlarına uyğun yaşamaq lazımdır. Şahin Şıxlinskinin diaspora rəhbəri kimi fəaliyyəti tamamilə uğursuz olub. Bu fəaliyyət biznesə və ya mədəniyyətə həsr olunmurdu. Şahin Şıxlinski yalnız cibinə işləyirdi", – deyə o, 66.ru saytına müsahibəsində bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya mətbuatı Şıxlinski ilə Mustafayevin rəqabəti və münaqişəsindən yazmışdı. Məlumata görə, Şahin Şıxlinskinin ailəsinə qarşı hüquq-mühafizə orqanlarını təhrik edən məhz Vidadi Mustafayev olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru