Moskvadakı azərbaycanlılar üçün məcburi qayda - Bu gündən qüvvəyə minir

Bu gün, 17:19           
Moskvadakı azərbaycanlılar üçün məcburi qayda - Bu gündən qüvvəyə minir
Sentyabrın 1-dən Moskva şəhərində və Moskva vilayətində “Amina” mobil əlavəsindən istifadə etməklə əcnəbi vətəndaşların miqrasiya məqsədilə qeydiyyata alınması üçün eksperimentə başlanılacaq.

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Çoxfunksiyalı Miqrasiya Mərkəzi məlumat yayıb.

Yeni mexanizm bir müddət sonra mövcud proseduru əvəz edəcək.

Məlumata görə, ərizə regiona işləmək üçün gələn Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan, Qazaxıstan, Gürcüstan, Azərbaycan, Moldova və Ukrayna vətəndaşları üçün məcburi olacaq:

“Amina” yaşayış yerini və onun dəyişdirilməsi barədə distant şəkildə Daxili İşlər Nazirliyinə məlumat verməyə, həmçinin şəxsi səfər etmədən miqrasiya mərkəzinin ünvanında qeydiyyatdan keçməyə imkan verəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru