Avropada ən ucuz pivə haradadır? - Ekspertlər lider şəhərləri açıqladı

Bu gün, 17:14           
Avropada ən ucuz pivə haradadır? -
Soyuq pivə qədəhi demək olar ki, istənilən istirahətə xoş bir əlavədir. Britaniyalı pivə həvəskarlarının apardığı yeni araşdırma Avropada bu içkinin ən ucuz qiymətə satıldığı şəhərləri müəyyən edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Express" yazıb.

Britaniya öz pabları ilə məşhur olsa da, ucuz pivə axtaranlar üçün əlverişli seçim deyil. Burada ən ucuz butulka təxminən 1,63 funt sterlinqə (85 manat) başa gəlir.

Qitədə isə mənzərə fərqlidir. "Magnet Kitchens" şirkətinin "Numbeo" platformasının 2024-cü ilə aid məlumatlarına əsaslanan tədqiqatı göstərib ki, ən ucuz pivə İtaliya, Almaniya və İspaniyada satılır.

İlk onluğa bir sıra Almaniya şəhərləri daxil olub – burada pivə butulkası cəmi 37–38 manata başa gəlir. İspaniyanın "pivə şəhəri" kimi tanınan Sarqosada da qiymət təxminən 37 manat təşkil edir.

Lakin tam lider İtaliyanın cənubundakı sahil şəhəri Taranto olub – burada pivənin bir butulkası cəmi 34 manata satılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru