Tbilisidə zooparkdan qaçan albinos pələng bir nəfəri öldürüb

17-06-2015, 18:25           

Tbilisidə daşqın nəticəsində zooparkdan qaçan pələng bir nəfəri öldürdükdən sonra öldürülüb.

APA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, Tbilisidəki Qəhrəmanlar Meydanı istiqamətində, “Laquna Vere” keçmiş üzgüçülük hovuzunun ərazisində sakinlər şir görüblər.

Şahidlər həmin şirin bir kişiyə hücum etdiyini bildiriblər. Ərazidə yerləşən anbarın sahibi bu məkana girərkən şir gizləndiyi yerdən çıxıb və ona hücum edib. Şahidlər kişinin yerdə hərəkətsiz uzandığını deyiblər. Ətrafdakı insanlar qaçıblar. Hadisə yerinə patrul polisi gəlib. Sakinlər şirin öldürülməsini tələb ediblər.
"apsny.ge" saytının məlumatına görə, sakinlərin gördüyü şir deyil, albinos pələng olub. Ağ rəngdə olan pələng nadir növlərdən sayılır və şahidlər əvvəlcə onun şir olduğunu zənn ediblər. Pələng öldürülüb, onun hücum etdiyi kişinin də öldüyü bildirilir.

Xatırladaq ki, Tbilisidə baş vermiş daşqın şəhərdəki zooparkın dağılmasına səbəb olub. Nəticədə zooparkdakı bir çox vəhşi heyvan qaçıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.