Saakaşvili 198 min dollarlıq maaşdan niyə imtina edib? Odessa qubernatoru Mixail Saakaşvili bəyan edib ki, Poroşenko tərəfindən vəzifəyə təyin olunmamışdan öncə maaşı haradasa 200 min dollar olan Amerika institutda işləyirmiş.
Avropa.info xəbər verir ki, o, bu haqda öz “Facebook” statusunda yazıb:
“Kimlərə maraqlıdır, onlar üçün yazıram. Odessaya qubernator təyin olunmamışdan əvvəl Amerikadakı maaşım haradasa 200 min dollar idi. Bura mühazirə və çıxışlardan gələn pullar da əlavə olunacaqdı. Mən və dostlarım dövlət işlərinə pul üçün gəlməmişik. Cəmiyyətə xidmət puldan vacibdir”.
Saakaşvili əmindir ki, korrupsiyaya qalib gəlmək mümkün olduqda ukraynalı məmurlar indikindən daha çox maaş alacaqlar. Dediklərinə sübut kimi Odessa qubernatoru 2015 15 may tarixli ərizənin kopyasını internetdə yerləşdirib. Sənəd Vaşinqtonun Beynəlxalq Liderlik İnstitutu tərəfindən verilib. Orada Saakaşvilinin illik maaşı 198 min dollar olaraq göstərilib.