Rusiyanın keçmiş baş naziri, sabiq xarici işlər naziri Yevgeni Primakov bu gün vəfat edib.
Bu məlumatı "RİA Novosti" yayıb. Yaxınlarının verdiyi məlumata görə, akademik Y.Primakov 86 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib. Azərbaycan xalqı onu 20 yanvar faciəsinin memarı kimi xatırlayır. Prezident Vladimir Putin Y.Primakovun vəfatı ilə bağlı başsağlığı verib.