Pakistanda hərbçilərlə silahlılar arasında atışma olub, 7 nəfər ölüb

23-03-2017, 08:48           

Pakistanın şimal-qərb bölgəsində silahlılarla baş verən toqquşmada azı 2 hərbçi ölüb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, qarşıdurma Pakistan təhlükəsizik qüvvələri Orakzay bölgəsində əməliyyat keçirərkən qeydə alınıb.

Məlumata görə, baş vermiş atışma nəticəsində 5 silahlı məhv edilib.

Pakistan təhlükəsizlik qüvvələrin fevral ayından etibarən ölkədə fəaliyyət göstərən ekstremist qruplaşmalara qarşı əməliyyat keçirir.

Xatırladaq ki, fevralın 16-da Pakistanın Sind əyalətində məsciddə törədilmiş terror aktı nəticəsində 88 nəfər ölüb, 300-dən çox insan yaralanıb. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru