Ruhani Putinlə görüşür: nələr müzakirə ediləcək?

24-03-2017, 09:22           

İran Prezidenti Həsən Ruhani martın 27-28-də Rusiyada rəsmi səfərdə olacaq.

Axar.az xəbər verir ki, onun Prezident Putinlə görüşü martın 28-nə nəzərdə tutulub. Prezidentlər iki ölkə arasında enerji və nəqliyyat infrastrukturunu müzakirə edəcək.

Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, preizdentlərin görüşündə Rusiya-İran münasibətləri ilə bağlı bütün məsələlərə toxunulacaq. Prezidentlərin həmçinin dünya və regional problemləri müzakirə edəcəyi gözlənilir.



Görüşün yekununda bir sıra ikitərəfli sənədlərin imzalanacağı da bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru