Meksika sahillərində iri neft ehtiyatları aşkarlanıb

24-03-2017, 09:37           

İtaliyanın “Eni” şirkəti Meksika sahillərində iri neft ehtiyatları aşkarlayıb. Hökumət ölkənin neft-qaz sektoruna beynəlxalq sərmayələrin qoyuluşuna icazə verdikdən sonra “Eni” burada neft quyusu qazan ilk xarici şirkət olub.
teref.az-nun APA-ya istinadən verdiyi xəbərə görə, konsernin rəhbəri Klaudio Deskaltsi kəşf edilən yatağın çox perspektivli olduğunu bildirib. Onun sözlərinə görə, yataq sahildən 7-8 km aralıda yerləşir: “Biz cəld hərəkət etmək istəyirik… Düşünürəm ki, 2-3 ildən sonra biz hasilata başlaya bilərik”.
Kəşf edilmiş yataqda neft ehtiyatlarının həcmi proqnozlaşdırılmış 800 mln. bareldən xeyli çox olduğu bildirilir.
Şirkət yataqda daha üç quyu qazmağı planlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru