İŞİD terroru: “İmam Sadiq”də qan su yerinə axdı - Foto
27-06-2015, 11:42
“İslam dövləti” Küveytdə məscidi partladıb. Axar.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi hücum zamanı ölənlərin sayının 24-ə çatdığını, 200-ə yaxın da yaralananın olduğunu açıqlayıb. Terror aktı Küveytin əl-Səvabər şəhərində yerləşən İmam Sadiq məscidində törədilib. Terror aktı cümə namazı zamanı həyata keçirilib. İŞİD terror təşkilatı məsuliyyəti üzərinə götürüb. Terrorçular bu haqda bəyanat yayımlayıblar.