Rusiyada məktəblini soyundurub amansızcasına döydülər – VİDEO (18+)

27-06-2015, 12:04           
Rusiyada məktəblini soyundurub amansızcasına döydülər – VİDEO (18+)
“Mən problemləri başqa cür həll etmirəm”

Rusiyada Moskvaətrafında yerləşən Solneçneqorsk şəhərində 15 yaşlı məktəbli amansızcasına döyülüb.

Oxu.Az Komsomolskaya Pravda-ya istinadən xəbər verir ki, qızı oğlanla açıq-saçıq yazışmasına görə belə cəzalandırıblar. Hadisənin videosu isə YouTube-də yerləşdirilib.

15 yaşlı Alinanı görüşə sinif yoldaşı Artyom dəvət edib. Lakin görüş yerinə gələn qız orada 18 yaşlı Nadya Kiselyovanı və 13 yaşlı Anastasiyanı da görüb. Kiselyova Artyomun rəfiqəsi olub.

Bildirilir ki, qızlar həmin açıq-saçıq yazışmaya görə qızı şantaj ediblər və orda yazılanları etmədiyi təqdirdə yazışmanı internetdə yerləşdirəcəklərini bildiriblər. Alina imtina edib. Bundan sonra qıza 30 dəqiqəyə 10 min rubl pul tapmağı tapşırıblar. Qız bu dəfə də imtina edəndən sonra onu soyundaraq döyüb, saçlarını alışqanla yandırıblar.

Bu zaman Alinanın görüşdüyü Artyom isə baş verənləri sadəcə kənardan izləyib. 13 yaşlı Anastasiya olanları telefonun kamerasına köçürüb.

15 yaşlı qıza amansızcasına işgəncə verən Nadya Kiselyova artıq saxlanılıb.

Polisə ifadə verən qız baş verənləri adi hal kimi izah edib:

“Mən problemləri başqa cür həll etmirəm. Nə etdiyimi anlayıram. Bəli, bu “maddədir”, buna görə, həbs olunmaq olar. Mən sərxoş deyildim, amma çox əsəbi idim!”.

Kiselyova iddia edir ki, Alina onun valideynlərini təhqir edib, buna görə də, onunla belə rəftar etmək lazım idi.

Hazırda qız həbsdədir. Onun barəsində xuliqanlıq maddəsi üzrə cinayət işi qaldırılıb. Günahı sübut olunarsa, qızı 5 il həbs cəzası gözləyir.
[media=https://www.youtube.com/watch?v=mkwyp44Q4SI]
[media=https://www.youtube.com/watch?v=yu81xDfxvUs]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.