Yunanıstanın baş naziri: “Avropa İttifaqından çıxmayacağıq”
27-06-2015, 12:34
“Yunanıstan Avropa İttifaqının tərkibində qalacaq. Avropa ümumi evimizdir”.
APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu Yunanıstanın baş naziri Aleksis Tsipras bəyan edib.
O, xalqa müraciətində Yunanıstana yardım proqramı üzrə milli referendumun keçiriləcəyini bildirib.
“Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland referendumun keçirilməsi barədə artıq məlumatlandırılıb”, deyə A. Tsipras qeyd edib.