Vatikan dövlətindən yəhudilərə ağır zərbə
27-06-2015, 18:07
ANS PRESS-in məlumatına görə, Vatikan 2012-ci ildən Fələstini de-fakto olaraq tanıyır. İsrail bu razılaşmanı tələsik addım kimi qiymətləndirib və sülh danışıqlarının inkişaf perspektivinə təhlükə sayır. Həmçinin bunun Vatikanla diplomatik münasibətlərə də təsir göstərəcək.
Fələstin muxtariyyətinin nəzarətində olan ərazilərdə Katolik Kilsəsinin fəaliyyəti haqqında müqavilə həm də Papa Fransisin rəhbərliyi altında Vatikanın xarici siyasətinin daha fəal rolundan xəbər verir. Keçən il o, Birləşmiş Ştatlar və Kuba ilə tarixi əlaqələrin bərpasında vasitəçi olmuşdu.
İmzalama mərasimində Vatikanın xarici işlər naziri arxiyepiskop Paul Gallagher deyib ki, bu saziş uzun tarixə malik İsrail-Fələstin münaqişəsinə son qoyulması yönündə stimul olacaq. Biz tərəfləri birbaşa sülh danışıqlarına dəvət edirik. Bu, əlbəttə cəsarətli qərar tələb edir, amma bu həm də regionda sabitliyə və sülhə böyük töhfə olar. Bu razılaşma din və vicdan azadlıqları sahəsində başqa ərəb-müsəlman ölkələri üçün model ola bilər."
Fələstinin xarici işlər naziri Riad Al-Maliki söyləyib ki, bu, Fələstin xalqının müqəddəratını təyin etmə, müstəqil dövlətində azadlıq və ləyaqət haqqının tanınmasına yardımçı olacaq.
Ümumiyyətlə, BMT-nin 135 ölkəsi Fələstini tanıyıb. Bu, ümumi sayın 70 faizidir. Müqayisə üçün, BMT-nin 193 üzvündən 160-ı İsraili dövlət kimi tanıyıb. Ötən ilin oktyabrında İsveç birinci böyük Avropa ölkəsi olaraq Fələstini tanıdı. Bu isə İsrailin ittihamlarına və onlar arasında gərginliyə səbəb oldu.
Avropa İttifaqı ümumilikdə Fələstini dövlət kimi tanımayıb. Onlar da ABŞ kimi eyni izahatı verirlər - Fələstin birtərəfli tanınma yolu ilə yox, İsraillə danışıqların nəticəsində müstəqil ölkə ola bilər.
Xatırladaq ki, Vatikan Yaxın Şərqdə böyük diplomatik rola malik olmaqda xüsusilə maraqlıdır. Münaqişələr üzündən xaçpərəstlər burdan - Suriya, İraq və başqa ölkələrdən qaçırlar. İsraildə və Fələstin ərazilərində əksəriyyəti fələstinli olmaqla, 100 minədək roma, yunan-melkit ayinli katolik var.