Aktrisa qəza törətdi- 1 polis öldü + Fotolar

27-06-2015, 23:16           

İngilis aktrisa Anna Reese qəza törədib.


“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, aktisanın Taylandda etdiyi qəza bir polis məmurunun ölümünə səbəb olub.

24 yaşlı kino ulduzunun avtomobili polis maşınına dəyərək ağaca çırpılıb. Hadisə zamanı sükan arxasında olan 44 yaşlı polis ölüb.

Yüngül xəsarət alan aktrisa mətbuata bir cümləlik açıqlama verib:

“Çox təəssüf edirəm, ailəsinə hər cür köməyi etməyə hazıram”.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.