Suriya ilə bağlı qorxunc gerçəklər üzə çıxdı

27-06-2015, 23:24           
Suriya ilə bağlı qorxunc gerçəklər üzə çıxdı
Suriya İnsan Haqları təşkilatı 2011-ci ilin martından bu yana ölkədə başlayan vətəndaş mübaribəsi nəticəsində həlak olanlarla bağlı indiyəqədər məlum olmayan faktlar aşkarlayıb. Axar.az xəbər verir ki, təşkilatın 26 iyun - İşgəncəyə qarşı mübarizə və işgəncəyə məruz qalanlarla həmrəylik günü münasibətilə hazırladığı hesabatda 99-u rejim güclərinin əlində olmaqla ümumilikdə 11429 insanın müxtəlif işgəncələrə məruz qalaraq öldürüldüyü üzə çıxıb. İşgəncəyə məruz qalanlardan 157-si uşaq, 62-si qadın olub. Hesabatda o da bildirilir ki, ölümlə, şikəstliklə və uzun müddətli psixoloji xəstəliklərlə nəticələnən bu cür işgəncələrin tətbiq edilməsində məqsəd qorxudulmuş bir cəmiyyət formalaşdırmaqdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.