İrəvanda böyük qan gözlənilir - Polis mitinqi dağıdacaq VİDEO

29-06-2015, 00:37           
İrəvanda böyük qan gözlənilir - Polis mitinqi dağıdacaq VİDEO
Ermınistanın paytaxtı İrəvanda polis şəhərin mərkəzi küçələrini bağlayıb. Musavat.com “Novosti Armeniya”ya istinadən xəbər verir ki, elektrik enetjisinin bahalaşması əleyhinə aksiyanın keçirildiyi Baqramya prospektinə xüsusi təyinatlılar gətirilib. Şəhərdə zirehli maşınlar gözə dəyir. Baqramyan prospektindəki aksiyanın iştirakçılarından bir qismi artıq oranı tərk edib və Azadlıq meydanına gedib.
Nümayişçilər Baqramyan prospektinə qalıb-qalmamaqla bağlı qərar verməyə çalışırlar. İrəvan polisinin rəsi müavini Valeri Osipyan bəyan edib ki, polis əməkdaşları bu gecə Baqramyan prospektinə asayişi bərpa edəcəklər, qanunu pozanlar cəzalandırılacaq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.