ABŞ-dan Türkiyənin Suriya planına reaksiya - "Görək Türkiyə hökuməti nə qərar verəcək"
30-06-2015, 12:21
“Suriyaya hərbi müdaxilə məsələsi barədə indiyə qədər Türkiyə ilə əlaqə qurmamışıq və planlarla bağlı tək bildiyimiz qəzet xəbərləridir”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət Departamentinin sözcüsü Mark Toner çıxış edib. O, indiyə qədər əllərində sözügedən planları dəstəkləyən dəllilərin olmadığını deyib:
“Suriyada neytral zonanın yaradılması ilə bağlı Amerikanın mövqeyi dəyişməz olaraq qalır. Bu, böyük çətinliklər tələb edir, ABŞ-ın isə belə bir fikri yoxdur. Ankaradakı səfirliyimiz hər hansı bir plan barədə məlumatlandırılmayıb. Görüş sabah olacaq. Bizim məsələyə baxış mövqeyimiz açıqdır, görək Türkiyə hökuməti nə qərar verəcək”.