Otelin üstünə düşən təyyarənin qəza görüntüləri: ölü sayı 113 oldu video

30-06-2015, 21:01           
Otelin üstünə düşən təyyarənin qəza görüntüləri: ölü sayı 113 oldu video

İndoneziyanın "Hercules C-130" hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 113 nəfər ölüb.

Azvsion.az xəbər verir ki, bunu İndoneziyanın hərbi hava qüvvələri komandanı Aqust Supriyatna bildirib. O, qeyd edib ki, qəzada sağ qalan olmayıb.

Qeyd edək ki, qəzaya uğrayan hərbi "C-130 Hercules" təyyarəsində 113 nəfər olub, onlardan 12-si heyət üzvü, qalanları isə sərnişlərdir. Artıq qəzanın görüntüləri də yayılıb.


* * *14:22

İndoneziyanın Medan şəhərində ABŞ istehsalı olan “Hercules C-130” hərbi təyyarəsinin otelin üstünə düşməsi nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb.

Medana Eko Triandi xəstəxanasının xilasedici qrupunun üzvü bildirib ki, biri uşaq olmaqla 38 nəfərin cəsədi tapılıb, daha bir neçə nəfərin cəsədi dağıntılar altında qalır.

* * * 12:27

İndoneziyada ölkənin Hərbi-Hava Qüvvələrinin nəqliyyat təyyarəsi Medan şəhərində qəzaya uğrayıb.

Milli.az Reuters-ə istinadən bildirir ki, təyyarənin otelin üzərinə düşməsi nəticəsində ən azı 30 nəfərin həlak olduğu güman edilir.

Təyyarə Şimali Sumatra vilayətindəki Medan şəhərindən Bunquran adasına uçurmuş. Qəza təyyarə səmaya qalxandan bir neçə dəqiqə sonra baş verib.
[media=https://www.youtube.com/watch?v=lA4Dw67aivI]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.