Sina yarımadasının şimalında Misir ordusuna məxsus hərbi düşərgələrə hücum təşkil olunub.
“Qafqazinfo” Associated Press xəbər agentliyinə istinadən xəbər verir ki, bomba yüklü maşınların da istifadə olunduğu hücumda ən azı 50 əsgər ölüb.
Hücumları İraq Şam İslam Dövləti (İŞİD) əlaqəli bir təşkilat üzərinə götürüb.
70-dən çox şəxsin Şeyx Züveyd şəhərindəki 6 nəzarət nöqtəsinə eyni anda hücum edib.
Misir ordusunun spikeri General Məhəmməd Samir bölgədə sıx qarşıdurmaların davam etdiyini, Misir hava qüvvələrinin də quruda düşmənlərlə vuruşan əsgərlərə dəstək verdiyini bildirib.